Şahmatçımız Avropa çempionatında liderliyə yüksəldi

Hazırda oxunan: Şahmatçımız Avropa çempionatında liderliyə yüksəldi

35041

Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının altıncı turunun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, qitə birinciliyində Azərbaycan şahmatçısı Rauf Məmmədov növbəti qələbəsini qazanıb. Rəqibi fransalı Maksim Laqardı məğlub edən şahmatçımız xalların sayını 5,5-ə qaldıraraq liderliyə yüksəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Şahmat Olimpiadasında komandamızın hansı üzvləri iştirak edəcək?


Digər şahmatçılarımız - Nicat Məmmədov çexiyalı David Navara, Nicat Abbasov macarıstanlı Viktor Erdosla heç-heçə edib.

Qeyd edək ki, 6 turdan sonra N.Məmmədov 4,5, N.Abasov isə 3,5 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin