Azərbaycan şahmatçısı dünya kubokunu qazandı - FOTO

Hazırda oxunan: Azərbaycan şahmatçısı dünya kubokunu qazandı - FOTO

34935

Azərbaycan şahmatçısı Gövhər Abdullayeva dünya kuboku yarışının qalibi olub.

Bizim.Media xəbər verir ki, 18 yaşlı qızların turnirində böyük əzmkarlıqla mübarizə aparan şahmatçımız finalda Gürcüstan təmsilçisi Tamari Esadze üzərində qələbə qazanıb.

Şahmatçımız dünya kubokunun qalibi olmaqla dekabrın 18-24-də keçiriləcək super finala vəsiqəni təmin edib.

Hər yaş qrupunda super finalda 6 şahmatçı - dünya kubokunda ilk üç yeri tutanlar, noyabrda keçiriləcək Qran-Pri seriyasında ilk iki yerin sahibləri və müvafiq yaş qrupunda en yüksək əmsala malik şahmatçı iştirak edəcək. Bu yarışda hər yaş qrupunda mükafat fondu 3 min avro təşkil edəcək.

Xatırladaq ki, avqustun 1-dən 10, 12, 14, 16, 18 yaşlı yeniyetmələr arasında start götürən rapid üzrə onlayn dünya kubokunun finalında 6 şahmatçımız mübarizə aparıb. 

Final mərhələsinə çıxan şahmatçılardan 16 yaşlı oğlanların yarışında Xəzər Babazadə mübarizəni dörddəbir finala qədər davam etdirə bilib. Bu nəticə ilə o, noyabrda keçiriləcək Qran-Pri seriyasında iştirak hüququ qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin