"Mahir Emrelinin qrup mərhələsindəki 6 oyunun hamısında meydana çıxacağına zəmanət verilmir. O, çox həssasdır. Polşada deyildiyi kimi - ağıllı və dürüst insandır".
Bizim.Media xəbər verir ki, bu fikirləri Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç evdə Çexiyanın "Slaviya" (Praqa) komandasını 2:1 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis çərşənbə günü Emreli ilə danışdığını xatırladıb:
"O, deyir ki, böyüdüyü Azərbaycanda futbol oynamağı özü öyrənib. Bu gün onun üçün çox şey yenidir. Taktikaları və hərəkətləri öyrənir. Onun sözlərinə görə, 12 yaşında "Legiya" və ya başqa klubun akademiyasına qoşulsaydı, artıq bəzi vərdişləri inkişaf etdirərdi. Bu gün ondan gözlədiyimiz bəzi vərdişləri öyrənir. Bu, ilk olaraq topsuz qaçmaqdır. Jozue Soareş kimi topu ayağında saxlamağı sevən oyunçudur. Mahirin hələlik bir problemi var - o, hər zaman topla oynamaq istəyir.
Biz də onun boş mövqelərə qaçmasını istəyirik. Bu, "Slaviya" ilə oyunda bir neçə dəfə yaxşı alındı. Norveç "Budyo Qlimt"inə qarşı da bu şəkildə qol vurmuşdu. Bunu daim etməsini istəyirik".
Qeyd edək ki, Mahir Emreli "Slaviya" ilə ilk oyunda (2:2) komandasının bir, cavab görüşündə (2:1) hər iki qolunun müəllifi olub.
Bizim.Media