Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı dördüncü sınağında Serbiya yığması ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın voleybol millisi MƏĞLUB OLDU
Azərbaycan millisi A qrupundakı ilk üç oyununda Belçika, Bosniya və Herseqovina və Rusiya seçmələrinə müvafiq olaraq 0:3 hesabı ilə uduzub.
Xalı olmayan yığma sonuncu - 6-cı pillədə qərarlaşıb.
Bizim.Media