Yay transfer dönəminə nəhəng transferlərlə damğa vuran PSJ-nin ulduzlarla dolu heyəti idarə etməsi çətin olacaq.
Bizim.Media "Canal +"a istinadən xəbər verir ki, Leo Messini heyətinə qatan rən PSJ geniş heyətinin necə idarə ediləcəyini düşünərkən, AVRO-2020-nin ən dəyərli futbolçularından olan Canluici Donnarumma Fransa klubuna ehtiyatda oturmağa gəlmədiyini deyib:
"PSJ məni transfer etmək istədi və buraya oynamaq üçün gəldim. Keylor Navas möhtəşəm qapıçıdır, amma rəqabət məni qorxutmur. Burada yaxşı başlanğıca imza atmaq üçün əlimdən gələni edəcəm və Keylorla girəcəyim rəqabət məni böyüdəcək".
Qeyd edək ki, PSJ-nin 4:2 hesabı ilə qalib gəldiyi "Brest" səfərində Donnarumma ehtiyat heyətdə yer almışdı.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:56 / 24.08.2021
"Mən bura ehtiyatda qalmağa gəlmədim!" - PSJ-də ilk BÖHRAN
Hazırda oxunan: "Mən bura ehtiyatda qalmağa gəlmədim!" - PSJ-də ilk BÖHRAN
Hazırda oxunan: "Mən bura ehtiyatda qalmağa gəlmədim!" - PSJ-də ilk BÖHRAN
34030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.