Fransa çempionatında KÜTLƏVİ DAVA: Matç yarımçıq qaldı - FOTO-VİDEO

Hazırda oxunan: Fransa çempionatında KÜTLƏVİ DAVA: Matç yarımçıq qaldı - FOTO-VİDEO

33822

Fransa Birinci Liqasının "Nitsa" və "Marsel" komandaları arasında 3-cü turunun matçı yarımçıq qalıb.

Bu barədə Bizim.Media-ya xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, matç zamanı azarkeşlər kütləvi şəkildə meydançaya qaçıblar və oyunçularla dalaşıblar.

Münaqişə "Marsel"in yarımmüdafiəçisi Dimitri Payetə butulka atılması ilə başlayıb. Futbolçu butulkanı tribunaya geri atıb, bundan sonra hirsli azarkeşlər meydançaya soxulublar.

Matç oyunçularla azarkeşlərin kütləvi davasına görə dayandırılıb. “Get French Football News” bldirib ki, oyun davam etdirillməyəcək.
 

Qeyd edilir ki, "Marsel" futbolçuları meydançaya çıxmağı və oyunu davam etdirməyi istəməyiblər. Birinci Liqanın reqlamentinə əsasən, komandanı 0:3 hesablı texniki məğlubiyyət gözləyir.


Daha əvvəl bildirilirdi ki, "Nitsa"nın kapitanı Dante "Marsel" oyunçularını matçı bitirməyə razı salmağa çalışıb.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin