Tokioda idmançımızda koronavirus tapıldı - Olimpiadadan kənarlaşdırıldı

Hazırda oxunan: Tokioda idmançımızda koronavirus tapıldı - Olimpiadadan kənarlaşdırıldı

33661

Paralimpiya Çempionu, paracüdoçumuz Ramil Qasımovdan Tokio atletlər kəndində Covid-19 PCR test nümunəsi götürülüb və test nəticəsi pozitiv çıxıb.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, bir neçə saat sonra təkrar test nümunəsinin də nəticəsi pozitiv çıxdığı üçün cüdoçumuz Tokioda xüsusi karantinə yerləşdirilib və yarışlardan kənarlaşdırılıb.

Ramil Qasımov karantin rejimi bitdikdən sonra vətənə geri dönəcək.

Ramil Qasımovla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə PCR test nümunəsi neqativ çıxsa da, onlar da yüngül karantin rejiminə yerləşdirilib. Cüdo komandasının digər üzvlərindən gündəlik test nümunələri götürüləcək. Yüngül karantinə yerləşdirilmiş idmançılarmız məşqlərinə davam edib, yarışlarda iştirak edə biləcəklər. Lakin açılış mərasimində iştirak etmələrinə icazə verilməyib. 

Qeyd edək ki, 11 cüdoçumuz arasında İki qat Paralimpiya Çempionumuz İlham Zəkiyev də yer alır.

Bu səbəbdən açılış mərasiminin bayraqdarı Pekin Paralimpiya Çempionu Oloxan Musayev olacaq.

İdmançılarımızın səhhətində heç bir problem yoxdur, hamı yarışa tam hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin