İngiltərənin “Votford” klubu Ozan Tufanın transferini açıqlayıb.
Bizim.Media xəbər verir ki, futbolçu cari mövsümün sonunadək icarə əsasında çıxış edəcək.
Bu barədə Böyük Britaniyanın “Ze Atletik” nəşrinin jurnalisti Adam Levental öz “Twitter” hesabında bildirib.
Onun paylaşımına görə, “Fənərbağça” və İngiltərə Premyer Liqasının debütantı “Votford” klubu futbolçunun icarəsi barədə razılığa gəlib. Futbolçu hələ ki Böyük Britaniyaya gəlməyib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında Türkiyə millisinin digər futbolçusu Çağlar Söyüncü də çıxış edir. O, “Lester Siti”nin şərəfini qoruyur .
Bizim.Media