Milli Paralimpiya Komitəsinin qolbol idman növü üzrə komandası Avropa çempionatında iştirak edəcəklər

Hazırda oxunan: Milli Paralimpiya Komitəsinin qolbol idman növü üzrə komandası Avropa çempionatında iştirak edəcəklər

33085

Moderator.az  xəbər verir ki, 04-09 sentyabr 2013-cü il tarixlərində İngiltərənin Vudçester şəhərində qolbol idman növü üzrə Avropa çempionatı keçiriləcəkdir. Qolbol üzrə milli komanda çempionatda iştirak etmək üçün 03 sentyabrda Vudçester şəhərinə yola düşəcəklər.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov səfərdən öncə komandanın məşqini izləmiş və komandanın üzvləri ilə görüşərək, onlara uğurlar arzulamışdır.

Qeyd edək ki, qolbol idman növü görmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulmuşdur. Oyun üç nəfərdən ibarət iki rəqib olan komandadan ibarətdir. Oyunun ədalətli keçməsi üçün hər idmançı gözlərinə tamamilə qara gözlük taxır. Hər komandada 3 nəfər əsas və 3 nəfər ehtiyat oyunçu olmalıdır. Məqsəd topu rəqib komandanın qapısından keçirtməkdir.                 

 

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin