"Xəzər Lənkəran" braziliyalı futbolçu aldı

Hazırda oxunan: "Xəzər Lənkəran" braziliyalı futbolçu aldı

32832

Xəzər Lənkəran" futbol klubu daha bir futbolçunu heyətinə cəlb etdi. Klubun mətbuat xidmətindən Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, braziliyalı hücumameyilli yarımmüdafiəçi Deyvid Frank Silva Sakkoni bu gün komandanın sıralarına qoşulub.

26 yaşlı futbolçu Braziliyanın A və B seriyalarında oynayan müxtəlif komandaların heyətində çıxış edib. 3 il "Palmeiras"ın uğurları üçün çalışan Deyvid, sonradan "Qoias", "Qremio", "Nautiko" və son iş yeri olan "Branqantino" klubunun da formasını geyinib. 

Klubla Deyvid Sakkoni arasında bir illik müqavilə imzalanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin