Argentinalı futbolçu meydanda dünyasını dəyişib

Hazırda oxunan: Argentinalı futbolçu meydanda dünyasını dəyişib

32796

Argentina çempionatının III dəstəsində mübarizə aparan “Laferrrere” klubunun hücumçusu Ektor Sanabriya oyun zamanı həyatını itirib.Moderator.az-ın Apasport.az-a istinadən məlumatına görə, hadisə “Xeneral Lamadrid”lə görüşün 29-cu dəqiqəsində baş verib.

 Həkimlər futbolçuya meydanda ilkin tibbi yardımı göstərsə də, xəstəxanada onun həyatını xilas etmək mümkün olmayıb. Matçın baş hakimi Ernan Mastranxelo Argentina mətbuatına bildirib ki, futbolçu huşunu itirən zaman onun ürək fəaliyyətinin dayanmasına səbəb ola biləcək hansısa güclü mübarizədə iştirak etməyib. Çempionatın qarşıdakı turunun bütün oyunları bu üzdən 1 dəqiqəlik sükutla başlayacaq.

 Qeyd edək ki, Ektor Sanabriya sabah 28 yaşını qeyd edəcəkdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin