"Kubada 3-cü boksçu idim. İkinci hesab olunan idmançı yarışlarda məndən daha çox iştirak edirdi. Halbuki, mən heç vaxt ona uduzmamışdım".
Bizim.Media xəbər verir ki, bunu Kuba əsilli boksçu Alfonso Dominges "infobae.com" saytına açıqlamasında Azərbaycanı seçməsinin səbəbləri barədə danışarkən deyib.
81 kq çəki dərəcəsində Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan 26 yaşlı idmançı yoxsul ailədə böyüdüyünü bildirib:
"Onlara dəstək olmalıyam. Azərbaycanda məvacibim normaldır, mənə kifayət edir. Hazırda Kubada yaşayan anama və qızıma pul göndərirəm. Ailəmə görə ölkədən getməyə razılaşdım. Qızımı görə bilməmək ağırdır, amma belə olmalıdır".
Qeyd edək ki, Alfonso Dominges 2017-ci ildən Azərbaycan millisində çıxış edir.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:26 / 14.08.2021
Olimpiya medalçımızdan maaş AÇIQLAMASI
Hazırda oxunan: Olimpiya medalçımızdan maaş AÇIQLAMASI
Hazırda oxunan: Olimpiya medalçımızdan maaş AÇIQLAMASI
32642
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.