“Barselona”nın sabiq kapitanı Lionel Messi ilə arasındakı münasibətlər hələ bitməyib.
Bizim.Media xəbər verir ki, Kataloniya klubunun PSJ-yə keçən ulduz futbolçuya borcu qalıb.
La Liqa təmsilçisi 34 yaşlı superulduza 40 milyon avrodan çox ödəniş etməlidir. Bu, 2020-ci ilin fevralında komandada qalacağı təqdirdə, Leoya ödənilməli olan sadiqlik puludur.
Lakin tərəflər arasında razılıq əldə olunmuşdu ki, həmin borc müvəqqəti dondurulsun və koronavirus pandemiyasından sonrakı dövrə təxirə salınsın.
Qeyd edək ki, “Barselona” ilə müqavilə müddəti bitən Lionel Messi azad agent kimi keçdiyi PSJ ilə 2+1 illik müqavilə bağlayıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:20 / 12.08.2021
“Barselona”nın Messiyə nə qədər borcu var?
Hazırda oxunan: “Barselona”nın Messiyə nə qədər borcu var?
Hazırda oxunan: “Barselona”nın Messiyə nə qədər borcu var?
32384
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.