“Qarabağ”a şad xəbər

Hazırda oxunan: “Qarabağ”a şad xəbər

31999

Topaz Premyer Liqanın birinci turunun “İnter”lə oyununda rəqib futbolçu ilə oyunda beyni silkələnən “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda artıq məşqlərə başlayıb. Qol.Az-ın məlumatına görə, iki gün öncə komandasının hazırlığına qoşulan braziliyalı futbolçunun durumu get-gedə yaxşılaşır. Hələlik o, yüngül məşqlər etməklə kifayətlənir.Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov qol.az saytına bildirib ki, Almeyda Avroliqanın pley-off mərhələsinin avqustun 22-də Bakıda Almaniya “Aytraxt”ında qarşı ilk oyununda meydana çıxa biləcək.

Xatırladaq ki, “Qarabağ”ın bu mövsüm avrokuboklardakı uğurlarında böyük pay sahibi olan Almeyda “İnter”lə matçda beyni silkələndiyi üçün Avroliqanın üçüncü təsnifat mərhələsinin İsveçdə “Gefle”yə qarşı keçirilən cavab görüşünü buraxmalı olmuşdu. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin