Çempionlar Liqası: Mahir Emrelinin komandası "Dinamo"nu qəbul edəcək

Hazırda oxunan: Çempionlar Liqası: Mahir Emrelinin komandası "Dinamo"nu qəbul edəcək

31964

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, cavab oyunlarının hamısı eyni gündə gerçəkləşəcək.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşada Zaqreb "Dinamo"sunu qəbul edəcək. Varşava təmsilçisi səfərdə 1:1 hesablı heç-heçə edib.

"Neftçi"ni bu turnirdən kənarlaşdırmış Yunanıstan "Olimpiakos"u Bolqarıstanda "Lüdoqorets"in qonağı olacaq. Komandalar arasındakı ilk görüşdə heç-heçə qeydə alınıb - 1:1.

II raundda Türkiyə "Qalatasaray"ından güclü olan Niderlandın PSV klubu Danimarkada "Midtüllan"i sınağa çəkəcək. İlk görüşdə PSV 3:0 hesablı qələbə qazanıb.

21:00. "Şerif" (Moldova) - "Srvena Zvezda" (Serbiya), ilk oyun - 1:1

21:00. "Slaviya" (Praqa, Çexiya) - "Ferentsvaroş" (Macarıstan), ilk oyun - 0:2

21:30. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Genk" (Belçika), ilk oyun - 2:1

22:00. "Midtüllan" (Danimarka) - PSV (Niderland), ilk oyun - 0:3

22:00. "Lüdoqorets" (Bolqarıstan) - "Olimpiakos" (Yunanıstan), ilk oyun - 1:1

22:00. "Monako" (Fransa) - "Sparta" (Praqa, Çexiya), ilk oyun - 2:0

22:30. "Yanq Boyz" (İsveçrə) - ÇFR (Rumıniya), ilk oyun - 1:1

23:00. "Benfika" (Portuqaliya) - "Spartak" (Moskva, Rusiya), ilk oyun - 2:0

23:00. "Legiya" (Polşa) - "Dinamo" (Zaqreb, Xorvatiya), ilk oyun - 1:1

23:00. "Reyncers" (Şotlandiya) - "Malmö" (İsveç), ilk oyun: 1:2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin