21 ildir formasını geyindiyi İspaniya "Barselona"sından ayrılan Lionel Messinin karyerasını hansı klubda davam etdirəcəyi maraqla gözlənilir.
Bizim.Media xəbər verir ki, futbolçu vida çıxışında bir neçə klubdan təklif alsa da, karyerasını harda davam etdirəcəyi ilə bağlı qərar vermədiyini bildirib.
Argentinalı ulduzu heyətə qatmağa ən yaxın komanda kimi Fransa PSJ-si göstərilir.
"Barselona" klubunun üzvləri isə Lionel Messinin Fransa PSJ-sinə keçidini əngəlləmək üçün Avropa Komissiyasına şikayət edib.
"Marca" nəşri sənəddə Paris təmsilçisinin maddi vəziyyəti və klubun maliyyə feyr-pley qaydalarını pozması ehtimalı haqqında məlumat verilib.
Qeyd olunub ki, 2019/2020 mövsümündə PSJ-nin gəlirinin 99 faizi maaşlara xərclənib, Kataloniya klubunda isə bu rəqəm 54 faizdir.
"Barselona"nın prezidenti Joan Laporta Lionel Messi maaşını azaltmağa razı olsa da, La Liqanın əmək haqqı üçün müəyyən etdiyi tələblər ucbatından onunla müqaviləni yeniləyə bilmədiklərini açıqlayıb.
Xatırladaq ki, "Barselona" avqustun 5-də Lionel Messi ilə yollarını ayırıb. Ulduz futbolçunu PSJ ilə yanaşı, İngiltərənin "Çelsi" və "Tottenhem" klubları da heyətə qatmağa çalışır.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:52 / 09.08.2021
"Barselona" Messinin PSJ-yə keçidini əngəlləmək üçün hərəkətə keçdi
Hazırda oxunan: "Barselona" Messinin PSJ-yə keçidini əngəlləmək üçün hərəkətə keçdi
Hazırda oxunan: "Barselona" Messinin PSJ-yə keçidini əngəlləmək üçün hərəkətə keçdi
31853
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.