Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsinə başladı

Hazırda oxunan: Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsinə başladı

31836

Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığını davam etdirir.

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, 1 - 7 avqustda Macarıstanda təlim-məşq toplanışı ilə bərabər, “Savaria” beynəlxalq turnirində də iştirak edən yığma avqustun 8-də oradan birbaşa Bosniya və Herseqovinaya yola düşüb.

Voleybolçular hazırlıq planına uyğun olaraq toplanışa sözügedən ölkədə davam edəcəklər.

Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv avqustun 16-da hazırlıq prosesinə yekun vuracaq və avqustun bir gün sonra Avropa çempionatının keçiriləcəyi Serbiyanın Belqrad şəhərinə yollanacaq.

Qeyd edək ki, A qrupunda yarışacaq millinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.

Oyunların təqvimi

20 avqust

17:00. Azərbaycan - Belçika

21 avqust

18:00. Azərbaycan – Bosniya və Herseqovina

22 avqust

17:00. Rusiya – Azərbaycan

24 avqust

20:00. Azərbaycan - Serbiya

25 avqust

17:00. Fransa – Azərbaycan

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin