Yığmamızın baş məşqçisi Polşaya getdi

Hazırda oxunan: Yığmamızın baş məşqçisi Polşaya getdi

31774

Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi Polşaya səfərə yollanıb.

Bizim.Media AFFA-ya istinadən xəbər verir ki, səfərin məqsədi karyeralarını bu ölkədə davam etdirən Azərbaycan milli komandasının üzvləri Mahir Emreli ilə Anton Krivotyukun çıxış etdiyi komandaların oyunlarını izləməkdir.

Qeyd edək ki, Anton Krivotsyukun çıxış etdiyi “Visla Plock” klubu avqustun 9-də Polşa çempionatının 3-cü turunda “Radomiak” klubu ilə qarşılaşacaq.

Mahir Emrelinin formasını geyindiyi “Legia” isə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində avqustun 10-da “Dinamo” (Zaqreb, Xorvatiya) klubu ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin