Hacı Əliyev final haqda: “Rəqib heç nədən görüşü saxlayırdı”

Hazırda oxunan: Hacı Əliyev final haqda: “Rəqib heç nədən görüşü saxlayırdı”

31638

"Final görüşü üçün hər şeyi düzgün qurmuşdum və yaxşı fikirləşmişdim" 

Bizim.Media xəbər verir ki, bu sözləri Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib. 

65 kq çəki dərəcəsində çıxış edən idmançı rəqibin fiziki cəhətdən zəif olduğunu söyləyib:  

"Bunu döşəkdə hiss edirdim. Amma sonuncu saniyələrdə ayağıma girdi. 5-6 dəfə ayağıma girmək istədi. Amma yaxşı müdafiə olundum və ayağımı vermədim. Axırda isə ayağımı verdim. Rəqib heç nədən görüşü saxlayırdı. Güya zədə almışdı". 

Qeyd edək ki, Hacı Əliyev Rio-2016 Yay Olimpiya Oyunlarında da medal qazanmağı bacarmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin