Qurban Qurbanovu türk dilində çox pis söyüşlə söyüblər - Kiprdəki davanın təfərrüatı

Hazırda oxunan: Qurban Qurbanovu türk dilində çox pis söyüşlə söyüblər - Kiprdəki davanın təfərrüatı

31383

Xəbər verdiyimiz kimi, Cənubi Kiprdə baş tutan "AEL" - "Qarabağ" matçında kiprli azarkeşlərin təxribatçı şüarları və qeyri-etik davranışları səbəbindən matş hakim tərəfindən dayandırılıb. 

Bizim.Media xəbər verir ki, "Qarabağ" klubunun mətbuat katibi Gündüz Abbaszadə Qurban Qurbanovla kiprli azarkeşlərin arasındakı gərginliyin səbəbini açıqlayıb: 

"İlk dəqiqələrdən bizi söyürdülər. Ehtiyat oyunçular skamyamızda oturanlara arxadan su atırdılar. Biz qol vurandan sonra Qurban Qurbanovu türk dilində söydülər.

Çox pis söyüşlər idi. Qurban müəllimin üzərinə hücum etdilər. Hücum edən AEL-in mətbuat xidmətinin əməkdaşı idi. Kiprlilərin bir futbolçusu da ona qoşuldu. Oyun dayandı. İçəridə hakimə dedik ki,   biz davam etməyə hazırıq".

Qeyd edək ki, matç 1:1 hesabı ilə bitib. Stefan Şçepoviç penaltidən fərqlənməklə meydan sahiblərini önə keçirib. 90+3-cü dəqiqədə isə Abdullah Zubir bərabərlik qoluna imza atıb.

"AEK Arena”dakı azarkeşlər qoldan sonra Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlər ediblər. Baş məşqçi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazını çatıdırıb. Oyunda məcburi fasilə yaranıb. Daha sonra matç qaldığı yerdən davam edib və yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin