Musaya uduzan erməni güləşçi Tokioda Rusiyanın ünvanına söz atdı – DETALLAR

Hazırda oxunan: Musaya uduzan erməni güləşçi Tokioda Rusiyanın ünvanına söz atdı – DETALLAR

31126

97 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri - Musa Yevloyev (Rusiya) və Artur Aleksanyan (Ermənistan) arasında keçirilən Olimpiadanın finalı qalmaqala çevrilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya "Sport-Ekspress" nəşrində yer alıb. 

Mənbə yazır ki, “Rio 2016” Olimpiadasının çempionu Aleksanyan 1:5 hesabı ilə məğlub olub, sonra gümüş medalı taxmayıb və qarışıq zonadan keçərkən Rusiyanın Match TV telekanalının jurnalistlərinə "Qazanmaq üçün Rusiyadan olmalısan" sözünü deyib.

O, jurnalistin müsahibə almaq istəyinə belə cavab verib.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni güləşçi mükafatlandırma zamanı qalmaqallı hərəkət etdi - FOTO


Nəşr qeyd edir ki, döyüşdəki hadisələr belə inkişaf edib. Hakim Aleksanyanı passivliyinə görə yerə yıxıb. Yevloyev onu tərpətməyə başlayıb və qaldırıb, amma yerdən tamamilə qoparmayıb.

Erməni əlləri ilə döşəyə toxunub. Bu vaxt Rusiya millisinin məşqçilər korpusu hakimlərdən videonun təkrarına baxmağı istəyiblər. Təkrarı izlədikdən sonra hakimlər Yevloyevə iki xal veriblər. Aleksanyan qaydaları pozduğuna görə xəbərdarlıqla cəzalandırılıb.

Görünür, hakimlər erməni güləşçinin sağ əli ilə rusun ayağını yüngülcə tutduğunu görüblər (tutmaq qadağandır). Bundan dərhal sonra döyüş dayanıb.

Yenə bir parter olub və Yevloyev fərqi artırmaq şansından istifadə edib, Aleksanyanı yerdən ayıraraq kənara tullayıb. Rəqiblər fasiləyə 5:0 hesabı ilə Rusiya güləşçisinin xeyrinə yollanıb. İkinci hissədə erməni bir xal qazanıb, amma daha heç nə edə bilməyib.

Ümumiyyətlə, Yevloyev daha güclü görünüb. Aleksanyanın xal fərqini azaltmaq üçün vaxtı olub, lakin bundan yararlana bilməyib.

Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili TASS agentliyinə Aleksanyanın dediyi sözləri belə şərh edib: “Bu cür şeylər zəiflərin başına gəlir, hətta Olimpiya çempionları da zəif olur. Mübarizəni seyr edənlər Musanın “tək qapıya” hücumunu gördülər. Hətta onun erməniyə bir az da yazığı gəldi. Yaxşı, başqa nə deyə bilərəm?”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin