Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska (+78 kq) soyadını dəyişib.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov məlumat verib.
Onun sözlərinə görə, 30 yaşlı idmançı hazırda müvafiq sənədləşmə işlərini görür:
"Kindzerska bir neçə ildir ki, Azərbaycan millisini təmsil edir. Onun yeni soyadı Əliyavadır. Bildiyiniz kimi, həyat yoldaşı azərbaycanlıdır. Bakının Nizami rayonunda onun yoldaşının valideynləri yaşayır. Kindzerska hazırda müvafiq sənədləşmə işlərini görür. Onu artıq İrina Əliyeva kimi çağıra bilərik".
Qeyd edək ki, İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarının cüdo yarışlarında Azərbaycana yeganə bürünc medalı qazandırıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:15 / 03.08.2021
Azərbaycanın olimpiya mükafatçısı soyadını dəyişdi - SƏBƏB
Hazırda oxunan: Azərbaycanın olimpiya mükafatçısı soyadını dəyişdi - SƏBƏB
Hazırda oxunan: Azərbaycanın olimpiya mükafatçısı soyadını dəyişdi - SƏBƏB
30984
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.