Futbolçumuz Avstriyada qalmaqal yaratdı

Hazırda oxunan: Futbolçumuz Avstriyada qalmaqal yaratdı

30866

Avstriyada təlim-məşq toplanışında olan “Bakı” klubunun son oyununda xoşagəlməz hadisə yaşanıb.

Moderator.az apasport.az saytına istinadən xəbər verir ki, əvvəlki oyunlarda zəif rəqiblər üzərində qələbələri sıralayan təmsilçimizin Serbiya “Donji Srem”i ilə matçı başa çatdırılmayıb.

Bakılıların 1:4 hesabı ilə məğlub olduğu görüş 88-ci dəqiqədə dayandırılıb. Buna səbəb Rauf Əliyev olub. Hücumçu rəqib futbolçu Milasinoviçi itələyib. Əliyev özünü hadisə yerinə çatdıran hakim Manfred Krsniçə qarşı da eyni hərəkəti edib. Referi belə münasibətlə üzləşdikdən sonra oyun dayandırılıb.

Qalmaqallı görüş isə hələ ilk yarıdan kobudluqla əlamətdar olub. Fasiləyədək “Bakı”nın oyunçusu Aleksandr Şoliç əvəzlənmək hüququ ilə meydandan qovulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin