"Neftçi" Bakıda da uduzdu - mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək

Hazırda oxunan: "Neftçi" Bakıda da uduzdu - mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək

30305

Bakının “Neftçi” futbol klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

Bizim.Media xəbər verir ki, iyulun 28-də Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Yunanıstanın “Olimpiakos” komandasını qəbul edib.

“Bakcell Arena”da keçirilən matçda "Neftçi"nin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Soareş, Romen Bask, Yusuf Laval, Ömər Buludov. Samir Buqrin və Mamadu Kane yer alıblar.

Yunanıstan təmsilçisinin heyətində isə Konstantinos Tsolakis, Ruben Semedu, Ahmed Hassan, Pyer Kunde, Giorqos Masuras, Husseynu Ba, Svetozar Markoviç, Kenni Lala, Matyö Valbuena, Pape Sisse və Vasilis Surlis meydana çıxıblar.

İspaniyalı baş hakim Rikardo de Burqosun idarə etdiyi oyun "Olimpiakos"un minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Belə ki, matçın 15-ci dəqiqəsində Giorqos Masuras fərqlənib.

Yunanıstanda keçirilən ilk görüşdə də “Neftçi” rəqibinə 0:1 hesabı ilə uduzub. İki oyunun nəticəsinə görə, Yunanıstan klubu Çempionlar Liqasının növbəti mərhələsinə adlayıb. "Neftçi" isə mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.

Bakı klubunun turnirin üçüncü təsnifat mərhələsində rəqibi HİK (Finlandiya) olacaq. Flaqman ilk oyunu avqustun 5-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin