Tokio-2020: Boksçu rəqibinin qulağını dişləmək istədi

Hazırda oxunan: Tokio-2020: Boksçu rəqibinin qulağını dişləmək istədi

30121

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları zamanı qeyri-adi hadisə baş verib. 

Bizim.Media xəbər verir ki, Yunes Baala (Mərakeş) və Devid Nyika (Yeni Zelandiya) arasındakı 1/8 final görüşündə mərakeşli idmançı rəqibinin qulağını dişləməyə çalışıb. Təkrar kadrlarda da Baalanın bu istəyi açıq-aşkar görünüb. 

Buna görə idmançıya heç bir cəza verilməyib. Döyüş Nyikanın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, 1997-ci ildə ABŞ-ın peşəkar boksçusu Mayk Tayson həmyerlisi Evander Holifildlə döyüş zamanı onun qulağını dişləyərək, bir hissəsini qoparıb. Həmin görüş davam etdirilməyib. Tayson diskvalifikasiya olunub və 3 milyon dollar cərimələnib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin