Niderland çempionatında ən çox oyun keçirən futbolçu Pim Dusburq dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə PSV klubu məlumat yayıb.
Keşmiş qolkiper 77 yaşında vəfat edib.
Qeyd edək ki, Pim Dusburq "Sparta" (1962-1967, 1970-1980) və PSV-də (1967-1970, 1980-1987) çıxış edib. O, Erediviziyada 687 matç keçirib və bu, rekord göstərici hesab olunur.
Qolkiper Eyndhoven təmsilçisi ilə 2 dəfə ölkə çempionu olub, 8 dəfə isə Niderland millisinin formasını geyinib.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:51 / 18.11.2020
Ən çox matça çıxan futbolçu öldü
Hazırda oxunan: Ən çox matça çıxan futbolçu öldü
Hazırda oxunan: Ən çox matça çıxan futbolçu öldü
2994
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.