Biləcəridə rüsvayçılıq: İdman kompleksini çayxanaya çeviriblər

Hazırda oxunan: Biləcəridə rüsvayçılıq: İdman kompleksini çayxanaya çeviriblər

29724

Biləcəridəki “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzinin cüdo məşqləri üçün nəzərdə tutulmuş zalı çayxana kimi fəaliyyət göstərir.

Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, kompleksdə fəaliyyət göstərən çayxananın icarə qiyməti 800 manatdır:

“Lokomotiv” İdman-Sağlamlıq kompleksinin əsaslı şəkildə təmir edildiyi və burada idmanın bütün növləri ilə məşğul olmaq üçün şərait yaradıldığı bildirilsə də, əslində kompleks çayxana kimi fəaliyyət göstərir. Kompleksin təyinatının qanunsuz olaraq dəyişdirilməsini isə kompleksin rəhbərliyi idmanın “gəlirsiz sahə” olması ilə izah edir. Kompleks rəhbərliyi açıq şəkildə bildirir ki, çayxana fəaliyyəti ona idman fəaliyyətindən dəfələrlə artıq pul qazandırır. Bununla belə, bütün rəsmi sənədlər və çəkilişlərdə “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzinin təyinatı üzrə fəaliyyət göstərdiyi qeyd edilir ki, bu da ictimaiyyəti, habelə əlaqədar dövlət qurumlarını aldatmaq deməkdir. Vətəndaşlar hesab edir ki, ölkə başçısının idmanın inkişafına bunca qayğı göstərdiyi bir zamanda idman kompleksində çayxana açmaq ölkədə idmanın inkişafı ilə bağlı aparılan siyasətə ziddir və aidiyyatı orqanlar bu rüsvayçılıqla bağlı təcili tədbir görməlidir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin