Serbiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı Eltac Səfərli uğurla çıxış edib.
Bizim.Media xəbər verir ki, şahmatçımız 6 xalla bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub. İkinci yeri şahmatçımızla eyni xalı yığan və əlavə göstəricilərə görə, ondan geri qalan Aleksey Polçikov tutub.
MÖVZU İLƏ BAĞLI:
Məmmədyarov və Rəcəbov yenə Aroyanla görüşəcəklər
Üçüncü pillədə isə 5,5 xalla monteneqrolu Draqan Kosic qərarlaşıb. İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olub.
Bizim.Media