Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
Bizim.Media-nın məlumatına görə, Yaponiya Milli Stadionunda Bakı vaxtı ilə saat 15:00-da start götürən tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir.
Açılış mərasimini yalnız Beynəlxalq Olimpiya Komitəsinin və Milli olimpiya komitələrinin 1 000-dək rəsmi şəxsi tribunadan canlı izləyir.
Açılışda Azərbaycandan 27 nəfərlik heyət iştirak edir. Dövlət bayrağını isə cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.
Bizim.Media