Şahmatçımız dünya kuboku uğrunda yarışda qələbə qazandı

Hazırda oxunan: Şahmatçımız dünya kuboku uğrunda yarışda qələbə qazandı

0:00
0:00
29552

Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir. 

Bizim.Media xəbər verir ki, şahmatçımız Vasif Durarbəyli onaltıdabir finalda özbəkistanlı Nadirbek Abdusattorov ilə üz-üzə gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Şahmatçımız dünya kubokunda növbəti mərhələyə vəsiqə qazandı


V.Durarbəyli birinci partiyada qələbə qazanaraq, turnirə qələbə ilə başlayıb. 

Dünya kubokuna qatılan Azərbaycanın yeddi şahmatçısından altısı - Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova yarışda mübarizəni dayandırıblar. 

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin