Gimnast qızlarımız olimpiadaya necə hazırlaşır?

Hazırda oxunan: Gimnast qızlarımız olimpiadaya necə hazırlaşır?

29411

Azərbaycan Tokio-2020 Olimpiya Oyunları çərçivəsində keçiriləcək bədii gimnastika üzrə yarışlarda bu dəfə həm fərdi, həm də qrup hərəkətləri proqramında təmsil olunacaq. 

Bizim.Media xəbər verir ki,  bədii gimnastika üzrə Azərbaycan yığma komandasının Baş məşqçisi Mariana Vasileva bildirib ki, komanda son hazırlıq mərhələsindədir.

Onun sözlərinə görə, Zöhrə Ağamirova fərdi proqramda, qrup hərəkətləri komandası tərkibində isə Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina və Nərminə Səmədova iştirak edəcəklər.

"Onlar hazırda yaxşı fiziki və psixoloji formadadırlar. Bizim artıq son yoxlama hazırlığımız qalıb. İyul ayının sonlarında biz artıq Olimpiya Oyunlarında iştirak etmək üçün Yaponiyanın Tokio şəhərinə yollanacağıq" - deyə baş məşqçi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin