Mahir Emreli ona dəstək verənlərə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, "Legiya"nın və millimizin üzvü "Rakuv"la dünənki Superkubok matçından sonra "İnstagram"da paylaşım edərək, bu sözləri yazıb:
“Oyundakı uğursuz penalti vuruşuna görə dünən gecə mənə yüzlərlə dəstək mesajı gəlib, müxtəlif sosial platformalardan minədək yerdə adım qeyd olunub.
MÖVZU İLƏ BAĞLI:
Mahir Emreli penaltini vura bilmədi - göz yaşları tökdü - VİDEO
Buna görə mən təşəkkür edirəm. Futbol inanılmaz oyundur. Komandama gözəl oyununa və dəstəyinə görə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, "Legiya" - "Rakuv" görüşündə meydana sonradan daxil olan Mahir, oyuna əlavə olunmuş dəqiqələrdə komandasının bərabərlik qolunu vursa da, penalti zərbələri zamanı dirəyi nişan alıb. Nəticədə "Legiya" penaltilər seriyasında uduzub - 3:4.
Bizim.Media