Rusiyalı avarçəkənlər Tokio Olimpiadasından kənarlaşdırıldı

Hazırda oxunan: Rusiyalı avarçəkənlər Tokio Olimpiadasından kənarlaşdırıldı

28989

Rusiyanın kişilərdən ibarət avarçəkənləri Tokio Yay Olimpiya Oyunlarında iştirak edə bilməyəcək. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı Beynəlxalq Avarçəkmə Federasiyasının rəsmi saytına istinadən yayıb.

Mənbə bildirir ki, komandanın məşqçilər şurası komandadakı iki potensial əvəzedicinin məşq nəticələrini təhlil edərək, bacarıq səviyyələrinin olimpiya standartlarına cavab vermədiyi qənaətinə gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Tokioda Atletlər kəndindən pis xəbər: idmançılar koronavirusa yoluxdu


İndi Rusiya komandasını Litva idmançıları əvəz edəcək.

Bu arada Rusiya Avarçəkmə Federasiyasının prezidenti Aleksey Svirinin verdiyi məlumata görə, altı rusiyalı avarçəkən dopinq səbəbindən poliqrafiyada sınaqdan keçirilir, RİA Novosti yazır.

Bundan əvvəl müsbət dopinq testləri səbəbindən Nikita Morqaçev və Pavel Sorin komandadan kənarlaşdırılmışdı.

Onların nümunələrində meldonium aşkar edilmişdi. İdmançıların B dopinq testləri də müsbət olub. Morqaçev və Sorinin yerinə Aleksandr Matveyev və Nikita Eskin yarışacaq.

Rusiya Olimpiya Komitəsinin rəhbəri yeni dopinq qalmaqalından sonra meldoniumun federal kanallarda reklam edilməsinə qoyulan qadağanı müzakirə etməyin vacibliyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin