Çerçesov getdi – Rusiya baş məşqçilərinin VİDA TARİXÇƏSİ

Hazırda oxunan: Çerçesov getdi – Rusiya baş məşqçilərinin VİDA TARİXÇƏSİ

27966

Futbol üzrə dünya çempionatında sevilməyə başlayan Çerçesovun Avropa uğursuzluğu onu baş məşqçi postundan uzaqlaşdırdı.

Bizim.Media xəbər verir ki, son 20 ildə Rusiya yığmasının baş məşqçiləri arasında daha qalmaqallı gedişlər olub.

Oleq Romantsyev (1998-2002) Rusiyanı dünya çempionatında qrupdan çıxara bilmədiyi üçün baş məşqçilikdən istefa edib.

Bundan başqa, Valeri Qazzaev (2002-2003) Albaniya, Gürcüstan və İsrailə sensasion məğlubiyyətlərə görə vəzifəsilə sağollaşıb. Qeorqi Yartsev (2003-2005) Rusiyanı Avro-2004-ün “play-off”una keçirə bilmədiyi və dünya çempionatının seçmə mərhələsində Portuqaliyaya 1:7 uduzduğuna görə istefaya göndərilib.

Yuri Syomin (2005-2006) Almaniyadakı dünya çempionatına vəsiqə qazana bilmədiyi istefaya göndərilibsə, Qus Hiddinkin qərarı azca ədalətsiz olub.

Çünki holland mütəxəssis Avro-2008-də Rusiyaya bürünc medalı qazandırdığı halda Cənubi Afrika Respublikasında baş tutan dünya çempiopnatına komandını apara bilməyib və buna buna görə də onunla sağollaşıblar. 
Dik Advokat (2010-2012) Avro-2012-nin qrupunda qaldığına görə, Fabio Kapello isə (2012-2015) maaş və məğlubiyyətlərə görə vəzifəsindən gedib. 

Leonid Slutskiy (2015-2016) də Avro-2016-da Rusiya qrup sonuncusu olduğu üçün istefayla üzləşib.

Görünən odur ki, Rusiya siyasətdə ABŞ-Avropa liderliyi ilə barışmadığı kimi, elə idmanda da yaxşı nəticələrə hədəflənib. Amma səngərdə topa-tüfəngə tutmaqla, meydançada top tutmaq fərqli anlayışlardır. İkinci göstəricilər idmanın inkişafından asılıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin