"Mənim fəlakət saydığım digərləri üçün uğurdur"

Hazırda oxunan: "Mənim fəlakət saydığım digərləri üçün uğurdur"

27934

"Roma"nın baş məşqçisi Joze Mourinyo öz karyerası haqda maraqlı açıqlama verib.

Bizim.Media qol.az-a istinadla xəbər verir ki, 58 yaşlı mütəxəssis "Football İtalia"ya müsahibəsində deyib:

"Mən "Roma”nın baş məşqçisiyəm. Başqa bir şəxs kimi tanınmaq istəmirəm. Burada çoxlu işim var. Onları yatmağım lazım olan bir neçə saat istisna olmaqla, 24 saat edirəm.

İndi daha çox təcrübəm var, ona görə də mənəvi cəhətdən daha güclüyəm. Mən həmişə klubumu qoruyacağam. "Mançester Yunayted"də işləyəndə kuboklar qazandım. Amma klubdan ayrılmağım bir fəlakət kimi qəbul edilir.

"Tottenhem"də işləyəndə də belə yanaşdılar. Mənim bir fəlakət olaraq qəbul etdiyim şeylər isə digərləri üçün böyük bir uğur hesab olunur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin