Ukrayna millisində daha 3 nəfər koronavirusa yoluxdu

Hazırda oxunan: Ukrayna millisində daha 3 nəfər koronavirusa yoluxdu

2775

Ukrayna millisində daha 3 nəfərin COVİD-19 testi müsbət çıxıb.
Bununla da komandada  koronavirusa yoluxan futbolçuların sayı 7-yə çatıb.

Bizim.Media federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Dmitri Riznık, müdafiəçilər Eduard Sobol və Yevgeni Makarenko yığmadan kənarlaşıdırlıblar.

Onlar UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda İsveçrə ilə noyabrın 17-də keçiriləcək oyunu buraxacaqlar.

Qeyd edək ki, daha əvvəl Ukrayna millisində Andrey Yarmolenko, Viktor Tsıqankov, Viktor Kovalenko və Sergey Sidorçukun test nəticəsi müsbət çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin