“Sabah”ın zədəli futbolçusunun SON DURUMU

Hazırda oxunan: “Sabah”ın zədəli futbolçusunun SON DURUMU

274202

“Karvan-Yevlax”la qarşılaşmada “Sabah” klubu qələbə qazansa da, əsas oyunçularından birini itirdi. Belə ki, komandanın əsas hücumçularından biri olan Coy Len Mikkels zədələnərək meydanı yarımçıq tərk etməli oldu. 

Bəs futbolçunun son durumu necədir? 

Bununla bağlı klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Bizim.Media-ya bildirdi ki, o, Mikkelsin artıq tibbi müayinədən keçdiyini və ciddi problemi olmadığını deyib. 

Bununla belə, ona bərpa olunmaq üçün müəyyən vaxt tələb olunacaq:

“Karvan-Yevlax”la oyunda zədə alan futbolçumuz Coy-Lens Mikels tam tibbi müayinədən keçib. Müayinənin nəticələrinə əsasən, futboloçunun daxili orqanlarında hər hansı ciddi zədə və ya daxili qanaxma halı aşkarlanmayıb. Həkimlərin rəyinə əsasən, futbolçumuza qabırğa əzilməsi diaqnozu qoyulub. Mikelsin bərpa müddəti növbəti günlərdə müəyyən ediləcək”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin