MDB Oyunları: Azərbaycan taekvondoçuları ilk gündə 3 qızıl medal qazandılar - FOTO

Hazırda oxunan: MDB Oyunları: Azərbaycan taekvondoçuları ilk gündə 3 qızıl medal qazandılar - FOTO

273039

Azərbaycanın daha iki taekvondoçusu III MDB Oyunlarında qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışın finalında Azərbaycanın qız taekvondoçuları Humay Dadaşova (46 kiloqram) və Məryəm Məmmədova (53 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Onlar finalda müvafiq olaraq, özbəkistanlı Valeriya Xeqay və rusiyalı Əzizə Hüseynovaya 2:1 hesabı ilə qalib gəliblər.

Finalda məğlub olan Ümid Rəhimzadə (54 kiloqram) və Elcan Əliyev (74 kiloqram) ikinci yeri tutublar. Mübarizəni yarımfinalda dayandıran Tamerlan Yaqubov (54 kiloqram), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi 87 kiloqram), Səlimə Quliyeva (46 kiloqram), Nilufər Borci (53 kiloqram) və Nərgiz Kazımova (62 kiloqram) isə bürünc mükafatla kifayətləniblər.

Beləliklə, Azərbaycan taekvondoçuları yarışın ilk günündə 3 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar. Daha əvvəl Ziya Həsənli (63 kiloqram) qızıl medala sahib çıxmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin