Arif Əsədov “Kəpəz”lə danışıq aparır? – Özündən AÇIQLAMA

Hazırda oxunan: Arif Əsədov “Kəpəz”lə danışıq aparır? – Özündən AÇIQLAMA

273024

“Kəpəz” yeni baş məşqçi axtarışlarını davam etdirir. Komandanın hazırda həm yerli, həm də xarici mütəxəssislərlə danışıq apardıqları barədə xəbərlər var.

Adı Gəncə təmsilçisi ilə hallanan mütəxəssislər arasında Arif Əsədov da var. “Kəpəz”in baş məşqçi postunu adı çəkilən məşqçiyə də təklif etdiyi iddia olunur.

Məsələ ilə bağlı Arif Əsədovun özü ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında “Kəpəz”dən heç bir təklif almadığını açıqladı:

“Xeyr, hazırda heç bir klubla danışıq aparmıram. “Kəpəz”dən də ümumiyyətlə təklif almamışam. Əslində həmişə belə vəziyyətlərdə məşqçisi olmayan klublarla bağlı bir çox yerli məşqçilərin adı hallanır. Bu dəfə mənim də adım o siyahıda var. Ancaq yenə deyirəm, “Kəpəz”dən heç bir təklif almamışam. Bu məsələ gündəmdə yoxdur”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin