Azərbaycan III MDB Oyunlarının medal sıralamasında 4-cü pillədə qərarlaşıb.
Bizim.Media xəbər verir ki, hazırda idmançılarımızın aktivində 3 bürünc, 1 gümüş medal var.
Süleyman İsmayılzadə (1500 metr məsafəyə sərbəst üsulla üzmə) gümüş, Mehri Əbdürəhmanlı (100 metr məsafəyə kəpənək üsulu ilə üzmə), Yeqor Maynitiskiy (200 metr məsafəyə fərdi qarışıq) və Cavid Həsənov/Cəmilə Paşayeva cütü (dairəvi stend qarışıq) bürünc medal qazanıb.
Siyahıya Rusiya (9 qızıl, 2 gümüş, 2 bürünc) başçılıq edir. Belarus (1 qızıl, 4 gümüş, 3 bürünc) ikinci, Qazaxıstan (3 gümüş, 2 bürünc) üçüncüdür.
İndiyə qədər 4 ölkə təmsilçiləri medal qazanıblar.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:39 / 28.09.2025
III MDB Oyunları: Azərbaycan medal sıralamasında 4-cü pillədədir
Hazırda oxunan: III MDB Oyunları: Azərbaycan medal sıralamasında 4-cü pillədədir
Hazırda oxunan: III MDB Oyunları: Azərbaycan medal sıralamasında 4-cü pillədədir
272880
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.