“Turan Tovuz” bu gün “Kəpəz”i sınağa çəkəcək

Hazırda oxunan: “Turan Tovuz” bu gün “Kəpəz”i sınağa çəkəcək

272790

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son oyun günündə 2 görüş keçiriləcək.
 

İlk olaraq “Turan Tovuz” əzəli rəqiblərindən olan “Kəpəz”i qəbul edəcək. Hazırda “Turan Tovuz” 9 xalla 5-ci, keçirdiyi 5 oyunun hamısında uduzan “Kəpəz” isə sonuncudur. Qərb derbisi saat 16:30-da başlayacaq.


Günün və turun son matçı isə Masazırda olacaq. Burada “Sabah” “Sumqayıt”ı qəbul edəcək. “Sumqayıt” 10 xalla 4-cü, “Sabah” isə 7 xalla 7-cidir. Oyuna saat 19:00-da start veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin