Messi "İnter Mayami" ilə razılığa gəldi

Hazırda oxunan: Messi "İnter Mayami" ilə razılığa gəldi

272783

Argentinalı hücumçu Lionel Messi "İnter Mayami" ilə yeni müqavilənin bütün şərtlərinə razılaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə insayder jurnalist Nikolo Şira özünün "X" səhifəsində yazıb.

Messinin hazırkı müqaviləsi ilin sonuna qədərdir.
 

İyul ayında jurnalist Havi Kampos bildirib ki, Messi növbəti Dünya Çempionatında (2026) və Amerika Kubokunda (2028) oynamaq istədiyi üçün klubla müqaviləsini 2028-ci ilin sonuna qədər uzatmaq niyyətindədir.


38 yaşlı Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edib. Messi karyerası ərzində "Barselona" və "Paris Sen-Jermen"də çıxış edib. Argentinalı səkkiz "Qızıl top" mükafatını qazanıb. Argentina milli komandası ilə 2022 Dünya Kubokunu, 2021 və 2024 Copa America, 2022 Finalissima və 2008 Olimpiya Oyunlarını qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin