Rüfət oynadı, komandası qalib gəldi

Hazırda oxunan: Rüfət oynadı, komandası qalib gəldi

272646

Xorvatiya çempionatında 8-ci turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, həmyerlimiz Rüfət Abdullazadənin formasını geydiyi “Varazdin” öz meydanında “Vukovar 1991”i qəbul edib.

Abdullazadə də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan futbolçu 65-ci dəqiqədə Matej Kukla əvəzlənib.

Matç “Varazdin”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol Rüfət meydanda olduğu ilk hissədə vurulub.

Bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran həmyerlimizin komandası turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Varazdin” lider Zaqreb “Dinamo”sundan 4, ikinci pillədə qərarlaşan
“Hayduk”dan 1 xal geri qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin