2025-ci ilin “Qızıl top” mükafatının namizədlərinin yığdıqları səs sayı açıqlanıb
Bizim.Media xəbər verir ki, bu barədə mükafatın rəsmi X sosial şəbəkəsində məlumat verilib.
"Qızıl top"un qalibi səsvermədə 1380 xal toplayıb. İkinci pillədə 1059 xalla “Barselona”nın gənc ulduzu Lamin Yamal qərarlaşıb. İlk “üçlüy”ü isə 703 xal toplayan “PSJ”nin yarımmüdafiəçisi Vitinya tamamlayıb.
Səsvermənin ilk “10-luğu”nu təqdim edirik:
1. Usman Dembele (“PSJ”) — 1380
2. Lamin Yamal (“Barselona”) — 1059
3. Vitinya (“PSJ”) — 703
4. Məhəmməd Salah (“Liverpul”) — 657
5. Rafinya (“Barselona”) — 620
6. Əşrəf Hakimi (“PSJ”) — 484
7. Kilian Mbappe (“Real” Madrid) — 378
8. Koul Palmer (“Çelsi”) — 211
9. Canluici Donnarumma (“Mançester Siti”) — 172
10. Nunu Mendeş (“PSJ”) — 171
Bizim.Media

- A-
- A
- A+
İdman
00:37 / 27.09.2025
Kim nə qədər səs toplayıb? - "Qızıl top"un NƏTİCƏLƏRİ
Hazırda oxunan: Kim nə qədər səs toplayıb? - "Qızıl top"un NƏTİCƏLƏRİ
Hazırda oxunan: Kim nə qədər səs toplayıb? - "Qızıl top"un NƏTİCƏLƏRİ
272643
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.