Baş məşqçi zərbə alıb istefa verdi - Məşhur komandanın məşqində DAVA

Hazırda oxunan: Baş məşqçi zərbə alıb istefa verdi - Məşhur komandanın məşqində DAVA

272633

"Maribor" baş məşqçisi Radomir Jaloviçlə yolları ayırıb.

Bizim.Media xəbər verir ki, bu haqda Sloveniya klubunun yaydığı açıqlamada bildirilib.

42 yaşlı monteneqrolu mütəxəssis cəmi 16 gün əvvəl bu vəzifəyə gətirilmişdi. Onunla birlikdə dörd məşqçi - İqor Çaqalj, Davor Landeka, Vito Terkolo və Antonio Pavlinoviç də komandadan ayrılıb. Rəsmi açıqlamada buna səbəb kimi məşq zamanı baş verən dava göstərilib. Futbolçular arasında baş verən dava zamanı Pavloviç özü də zərbə alıb.

Sloveniya mediasının yazdığına görə Radomir Jaloviç belə şəraitdə işləyə bilməyəcəyini düşündüyü üçün özü klubdan getmək qərarı verib.

"Maribor" klubunun yaydığı açıqlamada qeyd edilir ki, çərşənbə günü komandanın məşqi zamanı futbolçular arasında top uğrunda mübarizə zamanı qısa bir sözlü mübahisə yaranıb, sonra isə fiziki qarşıdurmaya çevrilib: "Həm futbolçular, həm də məşqçi heyəti müdaxilə edib. Radomir Jaloviç hadisəni ayıran ilk şəxslərdən biri olub və bu zaman zərbə alıb. Hadisə tez bir zamanda həll olunub. Məşqçi futbolçunu soyunub-geyinmə otağına göndərib və məşqi sona çatdırıb. Futbolçular meydanı birlikdə tərk ediblər və sonradan insidentə görə üzr istəmək üçün bir araya gəliblər"- deyə klubun press-relizində bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin