"Neftçi" yeni transferini AÇIQLADI

Hazırda oxunan: "Neftçi" yeni transferini AÇIQLADI

272619

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı futbolçu İfeanyi Metyu artıq “Neftçi”nin uğurları üçün çalışacaq. 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Bildirilib ki, o, komandada 18 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Sürix” (İsveçrə) olan Metyu vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb. Norveç kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin