“Barselona”dan Rafinyanın durumu ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: “Barselona”dan Rafinyanın durumu ilə bağlı AÇIQLAMA

272612

“Barselona” braziliyalı hücumçusu Rafinyanın durumu ilə bağlı məlumat yayıb.

Bizim.Media xəbər verir ki, futbolçu sağ budun arxa hissəsində – dizaltı vətərin orta nahiyəsindən zədə alıb.

Rafinya təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu səbəbdən o, oktyabrın 1-də Çempionlar Liqasının 2-ci turunda PSJ ilə oyunu buraxacaq.

Qeyd edək ki, Rafinya La Liqanın 6-cı turunda “Oviedo” ilə görüşdə (3:1) zədələnərək 66-cı dəqiqədə əvəz olunmuşdu. Sonradan onun komanda ilə məşq etmədiyi və fərdi olaraq idman zalında çalışdığı açıqlanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin