Cüdoçularımız Avropa kubokunda 4 medal qazandı

Hazırda oxunan: Cüdoçularımız Avropa kubokunda 4 medal qazandı

27260

Çexiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Azərbaycan Cüdo Federasiyasından Bizim.Media-ya bildiriblər ki, beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 4 medal yazdırıb.

Belə ki, oğlanların mübarizəsində Xəyal Həsənov (50 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Bu çəkidəki digər təmsilçimiz Babarəhim Mirzəyev bürünc medala layiq görülüb. Gümüş medalı 60 kiloqram çəki dərəcəsində yarışan Aydın Rzayev qazanıb.

Qızların yarışında isə Aydan Vəliyeva millimizə gümüş medal qazandırıb. Beləliklə, milli komandamız Teplitse yarışının ilk günündə 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. Beynəlxalq yarışda Avropanın 28 ölkəsindən 371 cüdoçu medallar uğrunda mübarizə aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin