“Fənərbağça” Tedeskonu da istefaya göndərir?

Hazırda oxunan: “Fənərbağça” Tedeskonu da istefaya göndərir?

272592

"Fənərbağça” yeni baş məşqçisi Domeniko Tedesko ilə yolları ayıra bilər.

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi sentyabrın 9-da müqavilə imzaladığı 40 yaşlı italyan-alman mütəxəssisin rəhbərliyi altında keçiridiyi 4 oyunda cəmi 1 qələbə qazanıb.
 

Türkiyə mətbuatının yazdığına görə, bu nəticə klubun yeni prezidenti Sadettin Saranın da narazılığına səbəb olub. Məlumata görə, “Alanyaspor” və “Kasımpaşa” ilə heç-heçələrdən sonra Avropa Liqasında “Dinamo” Zaqreblə matçdakı məğlubiyyət (1:3) baş məşqçi Tedeskonun bu vəzifədə qalmasını təhlükə altına salıb.


“Sözcü” qəzetinin yazdığına görə, “Sarı-göylər”in prezidenti Sadettin Saranın Domeniko Tedeskonun yerinə düşündüyü namizəd isə klubun sabiq baş məşqçidi Aykut Kocamandır.

Xatırladaq ki, Tedesko "Fənərbağça"da istefaya göndərilən Joze Mourinyonu əvəzləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin