"Neftçi" Abubakara təklif GÖNDƏRDİ

Hazırda oxunan: "Neftçi" Abubakara təklif GÖNDƏRDİ

272479

Kamerun millisinin hücumçusu Vensan Abubakar Azərbaycanda oynaya bilər.

Bizim.Media "Actu Cameroun" nəşrinə istinadən xəbər verir ki, "Neftçi" 33 yaşlı futbolçuya rəsmi təklif göndərib.

Xəbərdə qeyd edilib ki, hazırda klubsuz olan Abubakar üçün "Neftçi" variantı yaxşı fürsət ola bilər. "Neftçi"nin təcrübəli forvarddan cavab gözlədiyi bildirilib.
 

Qeyd edək ki, “Portu”, “Beşiktaş”, “Loryan” və “Əl-Nəsr” klublarında çıxış etmiş Abubakarın son ünvanı "Hatayspor" (Türkiyə) olub. O, ötən mövsüm Türkiyə superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini edib.


Xatırladaq kl, bir müddət əvvəl "Qarabağ"ın da Abubakarı heyətinə cəlb etmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin